Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda 84 yaşlı qocanın qətlə yetirilməsinə səbəb nə olub?

Yasamal rayon sakini, 1932-ci il təvəllüdlü Məmməd Səmədovun qətli ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bu barədə virtualaz.org saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Hadisənin kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən törədilməsi hələlik məlum deyil. E.Sultanovun bildirdiyinə görə, cinayətin açılması istiqamətində rayon prokurorluğunda zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən mənzildə Səmədov Məmməd Misirxan oğlu qətlə yetirilib. Onun meyiti əlləri və ayaqları bağlı vəziyyətdə mənzildə aşkar edilib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Dələduz qadının toruna düşənlərin arasında polis rəisi da var

%d bloqqer bunu bəyənir: