Now Reading:
Bakıda 8 yaşlı qızına təcavüz edən ögey ataya hökm oxundu
Full Article 30 second read

Bakıda 8 yaşlı qızına təcavüz edən ögey ataya hökm oxundu



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə ögey qızını zorlayan M.Baton 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Maştağa qəsəbəsində baş verib. M.Baton azərbaycanlı qadınla qeyri-rəsmi formada birgə yaşayıb və qadının birinci ərindən olan qızını uzun müddət mütəmadi olaraq zorlayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: