Advertisements
24 saat

Bakıda 8 bina söküləcək – SİYAHI


Bakının Bayıl qəsəbəsində bir sıra yaşayış binaları söküləcək.

Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən (İH) Azeri.Today-ə bildiriblər.

Hazırda Qurban Abbasov 27 ünvanında yerləşən yaşayış binaları tamamilə sökülüb.

“Hazırda 8 binanın söküntüsünə hazırlaşırıq. Xanlar küçəsi 51, 16, 85, 57, 59; Q.Abbasov küçəsi 58, 62, 62A ünvanlarındakı binalar söküləcək”, – deyə İH-dən bildirilib.

Hazırda məznil sahiblərinin 2 il müddətinə kirayə mənzillərə köçürülməsi ilə bağlı danışıqlar gedir: “Sökülən binaların yerində çoxmərtəbəli yaşayış binaları tikiləcək. Həmin binalardan mənzili sökülənlərə yeni evlər veriləcək”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: