Advertisements
24 saat

Bakıda 67 yaşlı qadın özünü 5-ci mərtəbədən atıb


Bakıda intihar hadisəsi baş verib.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən Hüseyn Cavid prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Nina Aleksandrovna Muradova yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Nəticədə, o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: