Bakıda 6 qadına qarşı cinayətdə təqsirləndirlən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə qadınlara qarşı soyğunşuluq etməkdə təqsirləndirilən Rəşad Məlikovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 21-ə təyin edilib.

Binəqədi rayon sakini Rəşad Məlikov bu ilin iyun ayında Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, R. Məlikov Nəsimi rayonunda 6 qadına qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə qadınlara qarşı soyğunşuluq etməkdə təqsirləndirilən Rəşad Məlikovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 21-ə təyin edilib. Binəqədi rayon sakini Rəşad Məlikov bu ilin iyun ayında Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, R. Məlikov Nəsimi rayonunda 6 qadına qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: