Bakıda 23 yaşlı oğlan 150 manata görə öldürüldü – VİDEO

Dünən Bakıda baş vermiş qətlin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsində 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirdiyi məlum olub.

Belə ki, hər iki şəxs fəhləçiliklə məşğul olab və 23 yaşlı Kamran tanışında bir müddət əvvəl borc pul alıbmış. Borcun məbləği isə 150 manat olub. Dünən V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Tanışların pul mübahisəsi daha sonra davaya keçib və 22 yaşlı oğlan 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb.
Araşdırmalar davam etdirilir.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: