Advertisements
24 saat

Bakıda 17 yaşlı sürücü dəhşətli qəza törətdi – FOTO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb.
Prospektin şəhərin mərkəzi istiqamətində olan hissəsində piyada keçidinin üzərində 30-35 yaşlı qadını “Hyundai” markalı avtomobil vurub. Yüksək sürətlə hərəkət edən minik avtomobili qadını 100 metrə yaxın məsafədə yerlə sürüyüb. Hadisə nəticəsində qadının meyiti iki yerə parçalanıb.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, dünyasını dəyişən piyada 1964-cü il təvəllüdlü Sevda Nəsirovadır.
Avtomobili isə heç bir sənədi olmayan 17 yaşlı yeniyetmə idarə edib. Polis əməkdaşları yeniyetmə sürücünü saxlayıb, lakin onun adı açıqlamır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: