Loading...
Loading...

Bakıda 120 ailə təhlükədə – VİDEO

 Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsi, Əziz Əzizbəyov 23-də 120 ailənin yaşadığı yataqxana yararsız vəziyyətdədir. 28 ildir həmin yataqxanada yaşayan sakinlər yeni mənzillə təmin olunmaq istəyirlər. Bununla bağlı aiddiyati qurumlara dəfələrlə müraciət də ediblər.
Cümhuriyyət.az xezerxeber.com-a istinadən bildirir ki,  120 ailənin qaldığı yataqxanada yaşamaq üçün ən ibtidai şərait belə əksikdir.
28 ildir yataqxanada yaşayan sakinlər kombinat işçilərdir. Ailələrin hər biri şəraitsiz 1 otaqlı evdə yaşayırlar. Mövcud vəziyyətlə bağlı aiddiyati qurumlara dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb.
Nizami rayon İcra Hakimiyyətinin birinci müavini Qərib Məmmədov deyir ki, bu da daxil bütün yataqxanalar Bakı şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı birliyinin balansındadır. Sakinlərin yeni mənzillə təmin edilməsi istiqamətində isə hələlik bir plan yoxdur.
Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə uğursuz oldu, zəngimizə cavab verən olmadı.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabah Bakıda güclü külək, rayonlarda leysan gözlənilir

Loading...
%d bloqqer bunu bəyənir: