Loading...
Loading...

Bakıda 1000 manata avtomobillər satılır – ŞOK QİYMƏTLƏR

Manatın devalvasiyası avtomobillərə tələbatın azalması ilə yanaşı onların qiymətini də aşağı salıb. Dolların manat qarşısında kəskin bahalaşması xüsusilə ikinci əl avtomobillərinin qiymətində ciddi enmələrə səbəb olub. Nəticədə indi o qədər də böyük olmayan məbləğə köhnə, amma saz vəziyyətdə olan avtomobil almaq olar. 
Belə avtomobillərin istehsal tarixləri köhnə olsa da, hər halda “ayağı yerdən götürməyə” qadirdir. Manatın 2-ci dəfə ucuzlaşmasından sonra köhnə avtomobil sahibləri də satışı manatda deyil, dollarla aparırlar. Fins.az cəmi 1000 manata almaq mümkün olan avtomobilləri təqdim edir.
512-650 dollara “VAZ 2106” almaq olar
1000 manat  və daha ucuz satılan avtomobillər sırasında ilk yeri “VAZ 2106” markalı avtomobillər tutur. “VAZ”ların bu modelinin yaşı 30-dan çox olsa da, qiymətləri  münasibdir. Məsələn, hazırda 512 -650 dollar arasında 1978-88-ci illərə aid  1.3-1.6 l mühərrikli “VAZ 2106” avtomobillərini almaq mümkündür. Mexaniki sürət qutulu avtomobillərin yürüş məsafəsi isə 700-800 min kilometrdir. Bakıda belə maşınlara yuxarıdan aşağı baxırlar, amma bölgələrdə «06»lar ən sərfəli nəqliyyatdır – həm dözümlüdür, həm də təmir xərcləri aşağıdır.
500 dollara “Daewoo”
Digər köhnə avtomobillərə nisbətən “Daewoo”lar daha ucuz satılır və istehsal tarixləri yenidir. Bunlar əsasən 170-200 min kilometr sürülmüş  1994- 1997-ci ilin 1.6-2.0 l motorlu avtomobilləridir. 20 il bundan əvvəl belə maşınlara sahib olmaq hər bir Bakı sakininin arzusu idi, indi isə “Daewoo” modellərini 500 dollara almaq mümkündür. Məsələn, işlək vəziyyətdə olan, təkərləri yenilənmiş, yüngül lehimli diskli və kondisionerli 2.0 l mühərrikli “Daewoo Espero” 503 dollara (780 manat) satılır.
500 dollara türk və İsveç maşını
500 dollara satılan ikinci əl avtomobillər  “Volvo” və “Tofas”larda var. Məsələn, 1990-cı ilə aid 1.6 l mühərrikli “Tofas” və 1986-cı ilin 2.3 l  mühərrikli “Volvo 740”   avtomobilini bu qiymətə almaq olar. Avtomobillər ucuz olmaqla yanaşı, digərlərinə nisəbətən daha az sürülüb. Belə ki, hər iki avtomobilin yürüş məsafəsi 100 min kilometrdən artıq deyil.
500- 640 dollara  “VAZ 21011”
Azərbaycanda əvvəllər çox sevilən rus avtomobillərindən biri də  “VAZ 21011” avtomobili olub. Hazırda daha çox satılan ucuz avtomobillər sırasında bu avtomobillərdə yer alıb. 1975-1989-ci illərdə istehsal edilən bu avtomobillərin qiyməti 500- 640 dollar arasında dəyişir. Avtomobillər həm nəğd şəkildə, həm də barter üsulu ilə satılır. 500 dollara satılan “VAZ 21011”in kiçik təmirə ehtiyacı olsa da, 600-640 dollara tam işlək vəziyyətdə yürüş məsafəsi 100-150 min kilometr  olan avtomobil almaq mümkündür.
576-700 dollara “OPEL”
Ucuz və işlək avtomobillər siyahısında  “Opel” avtomobilləri də var. Daha çox rast gəlinən satış elanları isə “Vectra” və “Omega” avtomobilləri ilə bağlıdır. 1991-1994-cü ilin “Opel”ləri 576-700 dollara satılır. Məsələn,  1.8 l mühərrikli Opel Vectra avtomobilini hazırda Bakıda 700 dollara almaq mümkündür. İstehsal tarixi bir qədər köhnə olan 200 min kilometr sürülən 2.0 l mühərrikli  “Omega”modeli  576 dollara təklif edilir.
500-641 dollara “Renault 12 Toros” 
Bakıda taksi kimi sürülən “Renault 12 Toros”  avtomobilləri də ucuz avtomobillər sırasında yer alıb. İstehsal tarixi  1995-ci il  olan 1.2 -1.4 l mühərrikli bu avtomobillər Bakıda hazırda 500- 641  dollara satılır. 250-280 min kilometr sürülən bu avtomobilləri hələ də taksi kimi istifadə etmək olar.
690-700 dollara “VAZ 2107”
İkinci əl avtomobil bazarında “VAZ 2106”  və “VAZ 21011”lə yanaşı, ucuz qiymətə “VAZ 2107” də almaq mümkündür. 1983-1900-c illərin  “VAZ 2107”ləri  hazırda 690-700 dollara satılır. Yürüş məsafəsi 150 -200 min kilometr olan bu avtomobilləri də həm nəğd şəkildə, həm də barter üsulu ilə almaq mümkündür.Məsələn, Bakıda 1983-cü ildə istehsal edilən 1.6l mühərrikli benzin mühərrikli mexaniki sürət qutulu “VAZ 2107” 700 dollara satılır. Avtomobili həm də barter etmək mümkündür.
Bu avtomobilləri kimlər alır?
Avtomobil bazarında 500-1000 manatlıq ən köhnə avtomobillərin də alıcıları var. Badamdar avtomobil bazarından satıcı O.Şamxalov fins.az-a bildirib ki, belə avtomobilləri əsasən avtomobil ustaları və alverçilər alırlar: “1990-cı illərin köhnə  “Opel”, “Mercedes” avtomobillərini 500-800 manata alıb Gürcüstana aparırlar”. Avtomobil orada  təmir edildikdən sonra Bakıya gətirilib 2500-3000 manata satılır. Satıcının sözlərinə görə, alverçilərlə yanaşı ucuz avtomobilləri adi alıcılar da axtarır. Belələri “ayağımı yerdən götürməyə avtomobilim olsun”- deyə fikirləşənlərdir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabahın hava proqnozu

%d bloqqer bunu bəyənir: