Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda 10 yaşlı uşağı 9-cu mərtəbədən atdılar – VİDEO

Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub. 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur.

“Xəzər Xəbər”in verdiyi məlumata görə, hadisə avqustun 26-sı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib.

10 yaşlı Aytən Mehdiyeva deyir ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar.

Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub.

Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq onu 9-cu mərtəbədən aşağı atıblar.

Uşaq 1 saylı Şəhər Kiliniki Xəsətəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Uşağın atası Zaur Mehdiyev deyir ki, düşmən münasibətində olduğu bir adam yoxdur.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanda 24 yaşlı gənc xəstəxanada — Müəmmalı şəkildə öldü

%d bloqqer bunu bəyənir: