Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
neft.jpg

Bakıda 10-dan artıq evin altından neft çıxır – VİDEO

Paytaxtda bəzi evlərin altından neft çıxır, üstəlik ərazidə heç bir boru da yoxdur.

Görüntülər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsindəndir. Ərazidə yerləşən 10-dan artıq həyətdən neft çıxır. Bəzi evlərin zirzəmisi də bu cür maye ilə dolub və sızaraq həyətə çıxır. Neft qoxusundan evdə oturmaq mümkün deyil.

Sakinlərin sözlərinə görə, 1 ildən artıqdır ki, həyətlərdə bu cür vəziyyət hökm sürür.

Sakinlər deyirlər ki, neft quyularından çıxan çirkab suyun axıdılması üçün nəzərdə tutulan göl qurudulub və həmin vaxtdan həyətlərdən qrunt suları və neft üzə çıxmağa başlayıb. Həyətdəki əksər ağaclar quruyub və ərazi həşəratların məskəninə çevrilib.

Məsələ ilə bağlı Zabrat ərazi icra nümayəndəsi və ərazinin icarədarı olan “Balaxanı Oil Company”nin nümayəndələri də həyətlərə baxış keçiriblər.

Ərazidə neft hasilatı ilə məşğul olan şirkətin nümayəndələri isə bildiriblər ki, oradan heç bir neft borusu keçmir. Araşdırılma aparıldıqdan sonra problemin həlli istiqamətində lazımi tədbirlər görüləcək.

Xezerxeber

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Sabaha olan HAVA PROQNOZU

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: