Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda ənənəvi “Caspian Oil & Gas” konfransı keçirilir

Bu gün Bakıda ənənəvi beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransı işinə başlayıb.

APA xəbər verir ki, tədbirdə müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq.

Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndənin iştirak edir. 50 nəfərdən çox natiq, o cümlədən dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri və iri neft-qaz şirkətlərinin rəhbərləri ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli sahəsində əsas məsələlərlə bağlı öz məruzələri ilə çıxış edəcək.

Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün peşəkar mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. İclas çərçivəsində mütəxəssislər kadr hazırlığı və sosial məsuliyyət xüsusunda bazar iştirakçılarının öhdəliklərini, eləcə də istedad axtarışı sistemləri, təlim proqramları və əməkdaşların daha da məhsuldar olmalarına kömək edən digər texnologiyaların işlənib hazırlanmasını, məhsuldarlığın qiymətləndirməsi sistemlərini, kadr ehtiyatının formalaşdırılmasını və digər məsələləri müzakirə edəcəklər.

Konfransın baş sponsoru qismində SOCAR, qızıl sponsorları qismində BP, “General Electrics” və “Snam” çıxış edir. Sərgi və konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək.

Sərgi və konfransın təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Dünya neftin qiymətinin 100 dollara çatmasını gözləməsin”

%d bloqqer bunu bəyənir: