Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda Əliyev- Poroşenko danışıqları başladı

Bakıda Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi keçirilib.

Virtualaz.org Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyevin Zaqulbadakı iqamətgahında keçirilən qarşılanma mərasimində Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Prezidentlər öz ölkələrinin rəsmi nümayəndə heyətlərini bir-birinə təqdim ediblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyevlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında görüş başlayıb.

Görüşdə Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlərin təkbətək görüşündən sonra Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Şuranın iclasının yekunu olaraq bir sıra ikitərəfli sazişlərin imzalanacağı planlaşdırılır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Əliyevlə Poroşenko təkbətək görüşdü…

%d bloqqer bunu bəyənir: