Advertisements
24 saat

Bakıda ərzaqlar kəskin bahalaşdı – QİYMƏTlƏR

Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır.

Baku.ws xəbər verir ki, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur.
Müşahidələrimiz zamanı gördük ki, əksər marketlərdə yağların və kolbasa məhsullarının qiymətində artım var.
Kolbasa məhsulları çeşidlərindən asılı olaraq 0,60-1 AZN arasında bahalaşıb. Bahalaşan məhsullar arasında mal əti də var. Sümüksüz mal ətinin 1 kq-ı hazırda 10 manatdır.
Dolların uzun müddətdir manat qarşısında bahalaşması dolayı yolla ərzaq məhsullarının qiymətinə də təsir göstərir. ABŞ milli valyutasının ilin sonuna kimi bahalaşacağı proqnozlarını nəzərə alaraq güman etmək olar ki, növbəti aylarda da ərzaq məhsullarının qiymətində bahalaşma davam edəcək.
64738

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: