Bakıda ərəb turistlər yol qəzasında öldü


Bakıda ərəb turistlər yol qəzasında həlak olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə noyabrın 5-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə E.Məmmədovun sərnişinlərindən – Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Killer biznesmeni güllələləyib Bakıya qaçmaq istədi, təyyarə havadan geri qaytarıldı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: