Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakı və Yerevana Qarabağ cəbhəsi boyunca kameralar təklif olunur

Associated Press agentliyi xəbər verir ki, ABŞ, Rusiya və Fransa – Ermənistan və Azərbaycanın liderləri üzərinə təzyiqləri artıraraq iki tərəfin tez bir zamanda danışıqlar masası arxasına gəlməsinə çalışırlar.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, John Kerry, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jean-Marc Ayrault bu məqsədlə bazar ertəsi Vyanada prezidentlər İlham Əliyev və Serzh Sarkisianın görüşünü təşkil ediblər.

AP xəbər verir ki, bu görüşdə tərəflərə təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qedə alınması və müşahidəçilərin artırılması təklif olunub.

Agentlik bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə rəsmilər bu məlumatı anonim şəkildə veriblər.

ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahatlıq keçirdilklərini bildirirlər.

Rəsmilər bunu da vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəskləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında olması münaqişəni potensial baxımdan daha təhlükəli edir.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşür.

Federica Mogherini

Federica Mogherini

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.

Bu barədə mayın 16-da TASS agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Mogherini prezidentlər İlham Əliyev və Serzh Sarkisianın Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri ilə görüşü ərəfəsində müzakirələr aparır.

Minsk qrupunun amerikalı həmsədri James Warlick isə AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, yaxın saatlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.

Məlumata görə görüşdə Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri də iştirak etməlidir.

Bu məlumatı AzadlıqRadiosunun erməni xidməti yayıb.

Həmsədr bildirib ki, bu beynəlxalq aləmin münaqişə zonasındakı vəziyyətdən narahatlığını göstərir.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilib.

Qarabağ danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılır

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Lavrov: “Tərəflər kompromisə meyillidir”

%d bloqqer bunu bəyənir: