Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi başa çatır

“Bakı-Tiflis-Qars dəmiryolunun inşası sona yaxınlaşır”. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Qars vilayətinin valisi Rəhmi Doğan jurnalistlərə məlumat verib. O, bildirib ki, ilin sonunda test sürüşlərinə başlanılacaq.

Qars valisi qatar xəttində infrastruktur işlərinin sürətli davam etdiyini bildirib. Tarixi İpək Yolunun bu işlər nəticəsində əvvəlki missiyasını bərpa edəcəyini deyən Rəhmi Doğan qeyd edib ki, Bakı-Tiflis-Qars dəmiryolunun inşası başa çatmaq üzrədir.

“Bakı-Tiflis-Qars dəmiryolunun ən əhəmiyyətli xüsusiyyəti Çindən Avropaya göndərilən bütün malların bu xətt üzərindən daşınmasından ibarət olacaq. Bununla da tarixi İpək Yolu dəmiryolu əlaqəsi ilə təmin ediləcək”, – deyə vali bildirib.

AFFA-nin hesbatının ŞOK TƏHLİLİ

Sonrakı Yazı »

Devalvasiyanı tətikləyən əsas səbəb

%d bloqqer bunu bəyənir: