Advertisements
24 saat

Bakı – Şarm əl-Şeyx – Bakı aviareysləri dayandırıldı


Bakı – Şarm əl-Şeyx – Bakı aviareyslərinin icrası müvəqqəti olaraq dayandırılıb.

Bu istiqamət üzrə uçuşlar bu gündən etibarən iyulun 31-dək sərnişin azlığı səbəbi ilə dayandırılıb.

Bu marşrut üzrə reyslər avqust ayından etibarən yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuş iyunun 3-də “Silk Way Travel” şirkəti tərəfindən təşkil edilib. “Airbus A320” təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları “Air Cairo” aviaşirkəti (Misir) həyata keçirib. Bu istiqamət üzrə 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla 11:00-da Şarm əl-Şeyxə, əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir. (“Report”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: