Now Reading:
Bakı sakini ana söyüşünə görə dostunu qətlə yetirdi
Full Article 40 second read

Bakı sakini ana söyüşünə görə dostunu qətlə yetirdi



Bakıda baş verən qətlin səbəbi məlum olub.

Məlumata görə, Xətai rayonu ərazisində Füzuli rayon sakini Laçın Teymurov avtomobili ilə Bakı şəhər sakini Fərid Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub.

Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu “zarafat” məqsədi ilə etdiyini deyib. Lakin L.Teymurov bu hərəkətdən əsəbləşib.

Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

Report.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: