Bakı şəhərinin sabiq prokuroru Moskvada dünyasını dəyişdi

Bakı şəhərinin sabiq prokuroru Məmməd Quliyev vəfat edib.

APA xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı jurnalist, publisist Cəfər Sadıx Abbasov məlumat verib. O, uzun illərdir ki, Moskvada yaşayan M. Quliyevin bu gün səhər saatlarında qəflətən ürək tutmasından vəfat etdiyini söyləyib.

C. Abbasov mərhumla vida mərasiminin mayın 13-də Moskvanın “Otradnoye” metrostansiyası yaxınlığında yerləşən məsciddə keçiriləcəyini bildirib.

Qeyd edək ki, Məmməd Babaş oğlu Quliyev 1939-cu il fevralın 3-də Ağdamda doğulub. Milli Məclisin birinci çağırış deputatı olan M. Quliyev parlamentdə qanunvericilik və dövlət təhlükəsizliyi komissiyasına rəhbərlik edib. Mərhum Moskvada dəfn olunacaq.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Çikaqo polisi üç nəfəri qətlə yetirmiş silahlı şəxsin gizləndiyi binanı mühasirəyə alıb

%d bloqqer bunu bəyənir: