Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakı rusiyalı turistlərin ən çox səyahət etdikləri 10 şəhərdən biridir

Rusiya turistlərinin cari ilin may ayının əvvəlində ən çox səyahət etdiyi şəhərlərin reytinqi açıqlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin saytında bildirilir ki, Rusiyanın “travel.ru” saytının məlumatına əsasən, reytinq 30 aprel – 4 may tarixlərində hotel və hostellərdə bronlaşdırmaya əsaslanıb.

Sayt yazır ki, rus turistlər Bakıda 1 sutka ərzində orta hesabla 3 min rubl və ya 68 manat xərcləyiblər.

Müqayisə üçün qeyd edək ki, qonşu ölkənin turistləri 1 sutka ərzində Belarus və Polşada 2 min rubl və ya 45 manat, Sinqapur və Londonda isə 10 min rubl və ya 227 manat xərcə düşüblər.

Ümumiyyətlə, rus turistlərin qeyd edilən vaxt kəsiyində ən çox axın etdiyi şəhərlərin ilk onluğu bu cürdür: Minsk, Riqa, Praqa, Tallin, Bakı, Vilnüs, Tbilisi, Roma, Helsinki və Belqrad.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Sabah Bakının 3 rayonu qazsız qalacaq

%d bloqqer bunu bəyənir: