Advertisements
24 saat

Bakı-Quba yolunda zəncirvari qəza baş verdi


Bakı-Quba yolunda yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Quba yolunun 74-cü kilometrliyində qeydə alınıb. “Nissan”, “Hyundai” və motosikletin toqquşması nəticəsində 6 nəfər müxtəlif bədən xəsarəti ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəsarət alan şəxslər Xızı rayon sakinləri -1974-cü il təvəllüdlü Ağayev Fəzail Yəhya oğlu, 1973-cü il təvəllüdlü Həsrətov Rüstəm Əmiraslan oğlu, 1975-ci il təvəllüdlü İbrahimov Telman Zaman oğlu, Şabran rayon sakinləri -1966-cı il təvəllüdlü Cəfərov Tahir Hüsü oğlu, 1976-cı il təvəllüdlü Cəfərova Nazlı Həzərpaşa qızı və 1940-cı il təvəllüdlü Şükürova Mələk Dəmir qızıdır.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: