Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakı Olimpiya Stadionunda sürücülük kursları da açılıb

Bu günə qədər Azərbaycan hökuməti olimpiya komplekslərinin layihələndirilməsinə, tikintisinə və ya yenidən qurulmasına dövlət büdcəsindən külli miqdarda vəsait ayrıb. Dövlət büdcəsindən idman infrastrukturuna ayrılmış böyük məbləğdə vəsait 2105-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə bağlı olub. Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 398s saylı sərəncamına əsasən Avropa Oyunlarının təşkili üçün 2014-cü ildə dövlət büdcəsindən 872 milyon manat ayrılıb.

Hələ bu idman qurğuları tikiləndə eskpertlər onların gələcək taleyi ilə bağlı suallar ünvanlayırdılar. Bu infrastrukturlar yarışlardan sonra özlərini saxlaya biləcəklərmi? Yoxsa büdsəyə yük olmaqda davam edəcək? Nəzərə alsaq ki, neftin qiymətinin ucuzlaşmasından sonra büdcənin imkanları xeyli daralıb, o zaman problemin aktuallığı özünü qoruyur. Hazırda idman komplekslərində hansı xidmətlərin göstərildyi, əhalinin üzünə açıq olub-olmadığını aydınlaşdırmağa cəhd etdik.
Avropa Oyunları ərəfəsində açılışı olan və 2014-cü ilin dövlət büdcəsində 280 milyon manata tikildiyi göstərilən Bakı Olimpiya Stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva “Bizim Yol”-a bildirib ki, idman kompleski kommersiya tipli müxtəlif xidmətlər təklif etsə də, öz xərclərini ödəyə bilmir:

“Müxtəlif xidmətlər təklif edirik. Müxtəlif istiqamətdə 3 mini meydança var. Süni örtüklü mini futbol üçün stadionda bir saatlıq oyun üçün ödəniş haqqı 50 manatdır. Duş və paltar dəyişmə otaqları var. İki təbii örtüklü meydançamız fəaliyyət göstərir. Burada klublar və 17 və 19 yaşlılardan ibarət milli futbol komandası məşq edirlər. Eyni zamanda idman-bar fəaliyyət göstərir ki, biz burda izləyicilərə müxtəlif yarışları göstəririk. Yeni idman zalı da açılır ki, qiyməti bilmirəm. Amma qiymətlər sərfəli olurlar. Yaxın gələcəkdə metronun “Koroğlu” stansiyasından bura yeni marşrut xətti fəaliyyətə başlayacaq.

Onu da qeyd edim ki, turlar və tədbirlər təşkil edirik. Bizdə sürücülük kurslar təşkil olunur. Ofislər icarəyə verilib. Amma təəssüf olsun ki, bütün xərcləri qarşılaya bilmirik. Biz çalışırıq ki, pul qazanaq və xərclərimizi özümüz bağlayaq”.

2014-cü ildə dövlət büdcəsində Bakı Olimpiya Stadionundan sonra ən çox vəsait Bakıda Su İdman Sarayına ayrılıb. Layihələndirilməsi və tikintisinə 190 milyon manat ayrılan bu sarayın ötən il saytının (suidmanisarayi.com) fəaliyyətə başlamışdı. Elanda bildirilirdi ki, 3 dildə fəaliyyət göstərən saytda saray haqqında və bundan sonra hansı xidmətlər göstərməsi barədə geniş məlumat yerləşdiriləcək. Hazırda həmin internet səhifəsi işləmir. İnternet və idman yazarları vasitəsi ilə idman sarayının əlaqə vasitələrini axtarmaq cəhdlərimiz baş tutmadı.

Xəzər dənizi sahilində, yarımadanın Bakı körfəzindəki çıxıntısının üzərində olan simvolik Bayraq Meydanı ərazisində yerləşən “Baku Cristal Hall” İdman-Konsert Kompleksi 2012-ci ildə açılıb. Nizamlana bilən və çox-məqsədli məkan «Avroviziya» Mahnı Müsabiqəsinə, müxtəlif əyləncə, biznes və idman tədbirlərinə ev sahibliyi edib.

Təxminən 105 milyon manata başa gələn bu idman kompleksində hansı xidmətlər göstərilir və öz xərclərini qarşılaya bilirmi? Bu suallarla “Bakı Billur Zalı”ın ictiamiyyətlə əlaqələr üzrə məsul şəxsi Rəşad Axundova sorğu göndərdik. Ammao, açıq-aşkar sorğuya cavab verməkdən imtina etdiyini bildirdi.

Xatırladaq ki, təkcə idman infrastrukuruna pul xərclənmir. Büdcədən həm də idman obyektlərinin tikilməsi zamanı evlərin sökülməsinə, sakinlərin köçürülməsinə, ora əlavə yolların və mühəndis xəttlərinin çəkilməsinə də yetərincə vəsait xərclənib. Bütün bunları hesablayanda idman infrastrukurlarının Azərbaycan büdcəsinə çox baha başa gəldiyi üzə çıxır. Amma idman obyektləri öz xərcərlərini qarşılamaqda çətinlik çəkirlər.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Qazaxda fahişəxana aşkarlanıb – FOTO

%d bloqqer bunu bəyənir: