Advertisements
24 saat

Bakı-Naxçıvan reysləri təxirə salındı – PAYTAXT AEROPORTUNDA SIXLIQ


Bakıdan Naxçıvana olan 2 reys təxirə salınıb.

Aznews.az xatırladır ki, Naxçıvan hava limanı əlverişsiz hava şəraitinə görə təyyarələri qəbul edə bilmir. Bu səbəbdən bu gün Naxçıvana uçan sərnişin təyyarəsi məcburən geri qayıdıb. Digər 2 reys isə təxirə salınıb.

Təyyarə reyslərinin həyata keçirilə bilməməsi isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sıxlığın yaranmasına səbəb olub.

Sərnişinlərə bildirilib ki, reyslərin nə vaxt reallaşacağı haqda hələlik dəqiq məlumat yoxdur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: