Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
baku_bus_051015df61479818226

Bakı Nəqliyyat Agentliyindən şirkətlərə XƏBƏRDARLIQ

“Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib”.

Bu haqda Bakı Nəqliyyat Agentliyi İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.

O deyib ki, bununla bağlı daşıyıcı şirkətlərə tapşırıq verilib:

“Daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb. Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücülərı metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər.

Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinin yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Fikrət Fərəməzoğlu həbsdə qaldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: