Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
metro.jpg

Bakı metrosunda sərnişin relslərin üstünə tullanıb tunelə qaçdı – Qatarlar dayandı

Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb. Musavat.com-un məlumatına görə, metronun “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçmağa başlayıb. Yaranmış təhlükə ilə əlaqədar qatar yolunda gərginlik söndürülüb, polis əməkdaşları həmin şəxsin arxasında qaçıblar. Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, bu, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı APA-ya təsdiqləyib. Onun sözlərinə görə, gərginliyin söndürülməsi ilə əlaqədar metro xəttinin “Koroğlu” – “Həzi Aslanov” stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb.

Metroda həyəcanlı anlar yaşadan 22 yaşlı Samir Aslanov Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib. Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub və terror ehtimalı istisna edilir. Faktla bağlı araşdırmalar davam edir.

Musavat.com-un Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən əldə etdiyi məlumata görə, Samir Aslanov sevdiyi qızın keçmiş sevgilisi ilə görüşüb. O, Samirə “o qızla evlənməyin məsləhət deyil” deyib və bu, 22 yaşlı gəncdə psixoloji gərginlik yaradıb.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Bakıda cinsi azlıq nümayəndəsini bıçaqladılar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: