Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakı metrosu sabahdan yay qrafikinə keçir

İyunun 22-dən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yay qrafikinə keçir.

24saat.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib.

Pik saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq (pik saatları səhər 08:00-dan 10:00-a qədər, axşam 17:00-dan 19:30-a qədərdir).

Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Gecə saatlarına yaxın qatarlar arasında interval uzadılacaq.

“28 May” stansiyasından sonra həm “İçərişəhər”, həm də “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə intervalla hərəkət edəcəklər.

Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ramazan ayı: 22 iyun – İmsak və iftar vaxtı

%d bloqqer bunu bəyənir: