Loading...
Loading...

Bakı Metropoliteni qış rejiminə keçir – VİDEO

Bakı Metropoliteni sentyabrın 15-dən qış rejiminə keçəcək. Bu ilin aprelindən təmirə bağlanan “Elmlər Akademiyası” metrostansiyasının əsas girişi isə bir sıra yeniliklərlə sərnişinlərin istifadəsində veriləcək.

Qaynainfo.Az Region TV-yə istinadən xəbər verir ki, metronun “Elmlər Akademiyası” stansiyasının əsas girişi sentyabrın 15-də sərnişinlərin istifadəsinə veriləcək.

Artıq 5 aydır təmirə bağlanan stansiyanın birinci vestibülündə yenidənqurma işləri aparılıb, yeni cihazlar quraşdırılıb.

Stansiyada fiziki məhdudiyyətli şəxslərin rahatlığı da təmin olunacaq. Bundan başqa yeni dərs ilinin başlanması ilə bağlı metroda qatarların hərəkət qrafiki də dəyişdiriləcək. Bunun üçün xəttə əlavə vaqonların buraxılacaq.

Yeni qrafik gələn ilin yayına qədər tətbiq ediləcək.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabah Bakıda təhlükəsizlik tədbirləri gücləndiriləcək – Generaldan açıqlama

Loading...
%d bloqqer bunu bəyənir: