Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

”Bakı bütün siyasi məhbusları azad etməlidir”

pedro

Pedro Aqramunt

O,  Azərbaycanda olan çoxlu sayda siyasi məhbusların azadlığa buraxılmasını alqışlayıb

Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq,  2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm.

Bu barədə Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən deyib. O, Azərbaycanda olan çoxlu sayda siyasi məhbusların azadlığa buraxılmasını alqışlayıb.

“Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olan bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin  Avropa Şurası ilə əməkdaşlığı davam etdirməyə, məhkəmə fəaliyyətinin, o cümlədən sistem çatışmazlıqların aradan  qaldırılması üçün yaxşı iradə əlamətidir”, – o bildirib (”Turan” IA).

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Əkrəm Əylisli prezidentə açıq məktub yazıb

%d bloqqer bunu bəyənir: