Now Reading:
Bakı Baş Polis İdarəsi Əvəz Zeynallı ilə bağlı məsələyə aydınlıq gətirdi:”Qeyri-etik ifadələr işlədilməyib”
Full Article 50 second read

Bakı Baş Polis İdarəsi Əvəz Zeynallı ilə bağlı məsələyə aydınlıq gətirdi:”Qeyri-etik ifadələr işlədilməyib”



Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) jurnalist Əvəz Zeynallının polisə çağırılması barədə məlumat yayıb.

İdarədən verilən məlumatda qeyd olunur ki, bu günlərdə “Xural”“ qəzetinin baş redaktoru Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılması haqqında açıqlama yayıb: “Mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını nəzərə alaraq, məsələyə aydınlıq gətirmək istərdik. Vətəndaş Əvəz Zeynallı həqiqətən də sentyabrın 3-də 4-cü Polis Bölməsinə dəvət olunub. Bölmədə yeni polis sahə inspektoru təyin olunan Nadir Abbasov ərazidə yaşayan, cəzaçəkmə müəssisələrində cəza çəkmiş vətəndaşlarla görüşmək, tanış olmaq, profilaktiki söhbət aparmaq istəyib. Əvəz Zeynallı da yalnız bu məqsədlə bölməyə dəvət olunub. Xüsusi olaraq vurğulamaq istərdik ki, söhbət normal iş şəraitində keçib, Zeynallıya qarşı hər hansı qeyri-qanuni, qeyri-etik ifadələr işlədilməyib, mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun adları çəkilməyib”. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: