Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakı Baqdasaryanın azad olunmasını müzakirə etməyə hazırdır – RƏSMİ

“Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev, qoşunların təmas xəttində törətdiyi təxribat əməlinə görə, Azərbaycan məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi Arsen Baqdasaryanın azad edilməsi məsələsini ən yaxın vaxtda BQXK-nın vasitəçiliyi ilə müzakirə edə bilərik”.

Virtualaz.org bildirir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov bunu APA-ya müsahibəsində deyib.

İ.Axundov onu da bildirib ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslər problemi Dağlıq Qarabağ münaqişəsinin ən həssas məsələsidir. Ona görə də itkin düşmüş şəxslərin işi daim Azərbaycan prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir: “Burada vacib məsələ ilk növbədə siyahılarda dəqiqləşmə işinin tam başa çatdırılmasıdır. Cari ilin ötən müddəti ərzində aparılan araşdırmalara əsasən demək olar ki, yaxın zamanda dəqiqləşmə başa çatacaq”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Robert Sekuta prezidentlərin görüşü barədə danışdı

%d bloqqer bunu bəyənir: