Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakı ətrafında daha bir yolun əsaslı təmirinə başlandı

“Azəravtoyol” ASC tərəfindən Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işlərinə start verilib.

24saat.org“Azəravtoyol”a istinadən verdiyi xəbərə görə, sözügedən avtomobil yolunun uzunluğu 11 km, ortalama eni isə 9,5 metrdir. Yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 km-lik hissəsində isə orta təmir işləri aparılır.

Orta təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bu işlər yekunlaşdıqdan sonra əsaslı təmir işlərinin aparıldığı 1,5 km-lik əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Əsaslı təmir işlərinin aparıldığı ərazidə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“ASAN ödəniş” sistemi iki gün işləməyəcək

%d bloqqer bunu bəyənir: