Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bakcell” mobil operatoru kütləvi şəkildə boykot olunur

Vizual.Az-ın xəbərinə görə, şirkətin abunəçilərinə qarşı soyğunçu və fırıldaq siyasəti kampaniyanın daha da genişlənməsinə səbəb olub. Mobil operatorun vətəndaşları aldatması barədə hər gün onlarla şikayət məktubu daxil olur ki, faktlar heyrət doğurur.

“Bakcell” abunəçilərin narazılığına məhəl qoymadan onlara kələk gəlməklə gəlir əldə edir. Növbəti şikayət Nigar Nəsirova adlı abunəçidən gəlib. Onun dediyinə görə, 4 manat kontur kredit götürüb. Sonra borcunu ödəmək üçün 5 manat balansa kontur yükləyib.

Abunəçiyə borcunun tam ödənildiyi və 1 manat balansında kontur olduğu barədə mesaj gəlib. Abunəçi qeyd edir ki, balansda qalan 1 manatla zəng etmək imkanı məhdudlaşıb. O, zəng etmək istəyəndə operator balansdakı məbləğin əlaqə saxlamaq üçün yetərli olmadığını söyləyib. Müştəri bildirir ki, “Bakcell” onları soymaqla və qanunsuzluqla məşğuldur.

Başqa bir şikayət Elşən Tağıyev adlı abunəçidən gəlib. Onun dediyinə görə, xəbəri olmadan “Bakcell” onu kampaniyalara qoşur və balasından pul silinir. Vətəndaş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcəyini qeyd edib. O, aparıcı mobil operatorun açıq şəkildə dələduzluq etdiyini açıqlayıb.

Elşən Məmmədəliyev adlı abunəçi də “Bakcell” rəsmən quldurluq etdiyini yazıb: “Kontur yükləyirsən, silirlər. Zəng eləyirsən, deyirlər ki, balansını sıfırladıqları nömrədən zəng elə. Deyirəm kontur yükləyirəm, oğurlayırsansa həmin nömrədən necə zəng edim?”

Vizual.az-a gələn şikayətlərdə “Bakcell”in reklam fırıldaqlarından da ciddi şəkildə narazılıq var. Qeyd edək ki, təkcə bu şirkət deyil, o cümlədən “Azercell”in də abunəçilərə kələk gəldyi barədə saysız-hesabsız faktlar var. Hər iki mobil operator haqda araşdırmalar davam edir. Misal üçün NovoMedia adlanan qurumun “1234” xidməti sizə SMS içərisində “Bakcell”-in rəsmi saytının linkini atır (http://m.bakcell.com/gamesclub).

Bu linkə basmaqla siz “Bakcell”in rəsmi səhifəsini açdığınızı düşünürsünüzsə, yanılırsınız. Çünki həmin səhifədə istifadə edilən xüsusi JAVA kodları sayəsində siz həmin andan etibarən “Bakcell”in fırıldağının qurbanı olaraq pullu xidmətə qoşulmuş sayılırsınız.

Bundan sonra isə başlanır iztirablı günlər. Balansınıza nə qədər pul yükləməyinizdən asılı olmayaraq, siz hər zaman “Bakcell”ə borclu qalırsınız. 555 xidmətinə zəng zamanı da özünü təmizə çıxarmağa çalışan şirkətin operatorları sizə “(012) 4648823 şəhər nömrəsinə zəng vuraraq xidmət və NovoMedia barədə ətraflı məlumat ala bilərsiniz” deməklə, guya bu işi hansısa başqa şirkətin həyata keçirdiyini sübut etməyə çalışırlar. Amma dəyişməyən fakt budur ki, bu hansısa başqa şirkətin xidmətinə abunəlik “Bakcell”in rəsmi saytından və “Bakcell” istifadəçisindən heç bir icazə alınmadan həyata keçirilir.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Şamaxı rayon icra hakimiyyəti ölkə başçısına kələk gəlib

%d bloqqer bunu bəyənir: