Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bağlanmış bankların əmanətçilərinə 110 milyon ödəniləcək – RƏSMİ

Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında bildirilir.

Xatırladaq ki, Fondun icraçı direktoru Azad Cavadov bir həftə öncə keçirdiyi mətbuat konfransında sözügedən rəqəmin 127 mln. manata yaxın olduğunu açıqlamışdı. Aparılan dəqiqləşdirmələrdən sonra isə kompensasiya olunacaq əmanətlərin ümumi məbləğinin 17 mln. manat az olduğu üzə çıxıb

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Avqustda 42 dərəcə isti olacaq – Aylıq proqnoz

%d bloqqer bunu bəyənir: