Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bank

Bağlanan banklar kredit təşkilatına çevrilə bilərmi?

Bir müddət əvvəl bağlanan bankların bank olmayan kredit təşkilatlarına çevrilməyə cəhdlər etdiyi bildirilir. Ekspertlər isə bunu mümkün saymırlar. Bildirilir ki, bağlanan bankın təsisçiləri bank olmayan kredit təşkilatı təsis edə bilərlər. Amma bunun banka aidiyyəti yoxdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, qurumun Direktorlar Şurası lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə icazə verilib: “Direktorlar Şurasının iclası zamanı həmçinin lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunmuş və bankın BOKT-yə çevrilməsinə dair razılıq verilmişdir”.

Bundan başqa, oktyabrın 20-də Palata tərəfindən “Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin hər birinin nominal dəyəri 1000 (min) ABŞ dolları olan 300 (üç yüz) ədəd adi faizli, təmin edilməmiş istiqrazların buraxılışı AZ2002019589 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi isə 8 faizdir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Həmçinin bildirilir ki, “Pro Kredit” bank olmayan kredit təşkilatının (BOKT) qapalı üsulla yerləşdirməyi planlaşdırdığı dollar istiqrazları birbaşa investorlara satılmayacaq. Bu barədə açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Ramil Məmmədov bildirib. Onun sözlərinə görə, qiymətli kağızların hamısını ölkənin investisiya şirkətlərindən biri alacaq. Bundan sonra istiqrazlarla bağlı atılacaq addımları da həmin şirkət müəyyən edəcək. Bununla belə, R.Məmmədov həmin investisiya şirkətinin adını açıqlamayıb.

Ekspertlərin fikrincə, ölkə iqtisadiyyatının kiçilməsi fonunda “kredit bataqlığı”nın inkişaf etdirilməsi təhlükəlidir. Palatadan isə bildirilir ki, lisenziyası ləğv edilmiş digər banklardan da BOKT-a çevrilməyə maraq göstərənlər olub. Ekspertlər isə musavat.com-a açıqlamalarında prosesin mümkünsüzlüyünə diqqət çəkiblər.

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, bağlanan bankların BOKT-a çevrilməsi mümkün deyil: “İstənilən halda bağlanan bankın bank olmayan kredit təşkilatına çevrilməsi mümkün deyil. Çünki artıq bağlanıb. Onun öhdəlikləri onsuz da bank olmayan kredit təşkilatına keçə bilməz. Çünki bank olmayan kredit təşkilatı əmanət qəbul edə bilməz. Əsas fərq də odur. Bank əmanət qəbul edə bilər, bank hesabları aça bilər. Bank olmayan kredit təşkilatı hesab aça bilməz, əmanət qəbul edə bilməz. Bank olmayan kredit təşkilatı bunu edə bilmirsə, necə çevriləcək? Bu əmanətlər, bank hesabları oraya gedə bilməz. Bu, sadəcə demaqogiyasdır. Yəni gözdən pərdə asmaqdır. Həmin bankların çoxlu borcları var və həmin şəxslər yəqin ki, dirəyiblər o bank sahiblərini və borclarını istəyirlər. Onlar da bir sözdür, atıblar ortalığa. Yəni bağlanan bankın təsisçiləri bank olmayan kredit təşkilatı təsis edə bilərlər. Amma bunun banka aidiyyəti yoxdur. Bu, o demək deyil ki, bank BOKT-a çevrildi. Bu bankların ləğvi öz axarı ilə gedəcək”.

Qeyd edək ki, ekspertlərin fikrincə, hazırkı iqtisadi vəziyyətdə BOKT-ların yaranması konstruktiv sayıla bilməz. Çünki ölkə iqtisadiyyatının kiçilməsi fonunda “kredit bataqlığı”nın inkişaf etdirilməsi daha da zərərli və təhlükəlidir.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Manat dollara nisbətdə dəyər itirir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: