Loading...
Loading...

Bağlanan 4 bankın əmanətçilərinə 10 milyon manat kompensasiya ödənilib

1 avqust 2016-cı ildən etibarən Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan  verilən məlumata görə, avqustun 2-də Parabank” ASC-nin qorunan əmanətçilərinə 4 248 753 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 3 862 356 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 047 294 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 763 466 manatdan artıq kompensasiya ödənilib.  Ümumilikdə 4 bank üzrə 9 921 869 manatdan artıq kompensasiya ödənilib.

 

ADIF bildirir ki, iyulun 25-də sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

 

Martın 1-də qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib. Martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

 

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Azərişıq” qiymət artımını qaçılmaz sayır

Loading...
%d bloqqer bunu bəyənir: