Bağlanan 4 bankın əmanətçilərinə 20 milyon verildi


Lisenziyası ləğv edilən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 8,1 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 9,1 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 2,2 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,4 milyon manatdan çox kompensasiya ödənilib.

 

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə,  ümumilikdə 4 bank üzrə 20,9 milyon manatdan çox kompensasiya ödənilib.

 

Qeyd edək ki, avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

 

İyulun 25-də sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

 

Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmələri mümkündür.

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Elman Rüstəmovdan banklarla bağlı yeni qərar

%d bloqqer bunu bəyənir: