24 saat

Bacısının başını kəsən qardaş danışdı


4 gün əvvəl Tovuzda 17 yaşlı bacısının boğazını kəsən qardaş danışıb. Qətlə yetirilən Günay Gülməmmədovanın qardaşı 1994-cü il təvəllüdlü Ruslan Gülməmmədov istintaqa ilkin ifadəsində bacısının boğazını kəsdiyini və qarın nahiyəsindən bıçaq zərbəsi endirdiyini bildirib və qətlin səbəbini də açıqlayıb:

“Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu öldürdüm”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: