Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
20047

“Bacımın ifadəsi çox önəmlidir” – Əziz Kərimzadə

Tanınmış yazıçının oğlunun məhkəməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə sədrlik edən hakim məcburi gətirilməli olan şahidlərlə bağlı məlumat verib. Təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə və İlkin Abdullayev xəstə olmaları səbəbi ilə bağlı prosesdə iştirak etmədikləri bildirilib. İlkin Mehdiyevin məhkəməyə məcbur gətirilməsi üçün Cəlillabad rayon polis şöbəsinə qərar göndərilib. Hakim qeyd edib ki, digər şahid İlkin Mehdiyev isə Cəlilabad rayon xəstəxanasındadır. Onun böyrəklərində ciddi problem var . O məhkəməyə zəng vuraraq prosesə xəstə olduğu üçün gələ bilmədiyini, növbəti prosesdə iştirak edəcəyini deyib.

Hakim bildirib ki, İlkin Mehdiyev əsas şahidlərdən biridir: “İlkin Mehdiyev barəsində məcburi gətirilmə barədə qərar qəbul etmişik. Qərarın icrası üçün tədbir görülməlidir”.

Əziz Kərimzadə qeyd edib ki, bacsının da ifadəsi çox önəmlidir. O, bacısı ilə İlkin Mehdiyevin eyni gündə məhkəmədə dindirlməsini istəyib: “Bacım elə ifadə verəcək ki, sonra İlkin Mehdiyevin dindirilməsi lazım gələcək. Bu səbəbdən onların çarpaz dindilməsi gərək olacaq. Bacım gələn həftənin 5-ci günü Bakıda olacaq. Çəkilişləri var. Xahiş edirəm o günə qədər gözləyin”.

Hakim təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq, prosesi noyabrın 4-ə təyin edib.

Ə.Kərimzadə 4 nəfərdən 60 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ə.Kərimzadə daha əvvəl də eyni əməllə ittiham edilib. Belə ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Vəhşi heyvanların hücumuna məruz qalan polisin xanımından – Nazirə müraciət

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: