Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bəzi məmurlar o qədər natəmizdir ki, kriminal aləm də onları qəbul etmir”

Mehman Əliyev: “Onları həbs edəndə də xüsusi tipli həbsxanaya yollayırlar”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 24saat.news-a açıqlamasında bəzi siyasilərin, məmurların Rövşən Lənkəranskini cəmiyyətə örnək bir insan kimi nümunə göstərməsini şərh edib. Məmurların da törətdikləri əməllərə görə kriminal olduqlarına diqqət çəkən M.Əliyev, bu cür şərhlərin normal olduğunu vurğulayıb:
“Iş ondadır ki, bizim məmurların özü kriminaldır. Onların əksəriyyəti cinayətə bulaşıb. Lakin iş ondadır ki, hətta kriminal aləm də bu kimi adamları qəbul etmir. Çünki həmin məmurları kriminal aləm natəmiz sayır. Buna görə də həmin məmurlarla nəinki yanaşı oturmaz, onları ümumiyyətlə öz ətraflarına buraxmazlar. Bu kimi adamlar həbs olunanda onları xüsusi tipli cəzaçəkmə müssisələrinə yollayırlar. Kriminal aləmdə nüfuzlu şəxslərin olduğu digər həbsxanalara yollamırlar. Çünki bilirlər ki, onları adi həbsxamalara yollasalar kriminal aləmin təmsilçiləri onlarla haqq-hesab çəkəcək”.

Seymur Əliyev

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

AXCP fəalının həbsindən apelyasiya şikayəti verilib

%d bloqqer bunu bəyənir: