Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bəy gəlini şadlıq evinə TIR-da apardı

Tatarstanda TIR sürücüsü özünə qeyri-adı toy edib. ANS PRESS-in Rusiya mətbuatın istinadla verdiyi məlumata görə, sürücü toy karvanına üç dənə TIR daxil edib.

Maraqlı toy Tatarıstanın Aktanışski rayonunda təşkil edilib. TIR sürücüsü İlnar Mannonov gəlin Aliyə Mannonovu şadlıq evinə yük maşınında aparıb.

Toy mərasimi ötən il  avqustun 28-də baş tutsa da toy karvanının videosu iyulun 1-də ortaya çıxıb.

Ağır tonnajı avtomobillərin üzəri güllərlə və digər bəzək əşyaları ilə bəzədilib. Yük maşınlarından ibarət toy karvanı sakinlərin marağına səbəb  olub.

Belə toy karvanlarına bir neçə dəfə Azərbaycanda da rast gəlinib. Bir müddət əvvəl Sumqayıt şəhərində 4 traktordan ibarət toy karvanı yaradılmışdı. Traktorlar xüsusi bəzənilmiş formada toy karvanına qoşulub.

Tatarıstanda qeyri-adı toy karvanı

 Həmçinin bir müddət əvvəl bəylə gəlin toya adət etdiyimiz formada, yəni avtomobildə deyil, “Vespa” markalı motosikletlə gəlmişdi. Onları eyni zamanda bir neçə nəfər gənc də müşayiət edib. Paytaxt küçələrində gəzən cütlük xeyli əyləndikdən sonra toy mərasiminə gediblər.

Bu hadisə ətrafdakı insanların da diqqətini çəkib. İnsanlar bəy və gəlini təbrik ediblər.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sarkisyan üç generala daha yüksək vəzifə verdi

%d bloqqer bunu bəyənir: