Loading...
Loading...

“Bəşəri dəyərlər orta əsr barbar nostalgiyasına qurban verilib”

Türkiyədə baş verən son hadisələr-hərbi çevrilişə cəhd, ölkənin əsas müzakirə mövzusudur.

Hərbi çevrilişlər və buna cəhdlər Türkiyədə əvvəllər də bir neçə dəfə olub. Bu özünü ədəbiyyat və mədəniyyət müstəvisində də göstərib. Çevrilişi əks etdirən əsərlər yazılıb, filmlər çəkilib. Bəs, belə məqamlarda ədəbiyyat və kinonun bacara biləcəyi iş nədən ibarətdir?
Şair Aqşin YeniseyModerator.az – a açıqlamasında  belə məqamlarda ədəbiyyat və sənətin rolunun o qədər də nəzərə çarpmadığını bildirib.
Onun sözlərinə görə, 1980-90 il ərzində türk cəmiyyətinin irəliyə doğru atdığı bütün bəşəri dəyərlər say çoxluğunun xeyrinə orta əsr barbar nostalgiyasına qurban verilib:
“Siyasi məsələlərdə incəsənətin, mədəniyyətin uğurlarına arxayın olmaq olmaz. Çünki 100 il vaxt alan mədəni bir inkişafı barbar bir lider, yaxud hərbi xunta yarım saata darmadağın edə bilər. Cahilliyik hüdudsuzdur. Məsələn, konkret bugünkü Türkiyənin timsalında demokratiya kimi siyasi bir anlayışın ən qorxunc üzü ifşa olunub. 1980-90 il ərzində türk cəmiyyətinin irəliyə doğru atdığı bütün bəşəri dəyərlər say çoxluğunun xeyrinə Orta əsr barbar nostalgiyasına qurban verilib. Və hər hansı bir əsər bunun qarşısını almaqda acizdir. Elə buna görə də gücə qarşı güc amili işə düşüb. Bütün mədəniyyətlər, ədəbiyyatlar dünyanın dinc dövrü üçündür. Səməd Vurğunun Vaqifə Qacarın dilindən dediyi misralar bu mənzərəni ən kamil formada açır. “Qılınclar toqquşub iş görən zaman, neylər dediyiniz quru bir vicdan”. Qacarların öz həqiqətləri var və bu təbii gücün allahlığından başqa bir şey deyil. Şairlər isə zəiflik və zərifliyin allahlarıdır. Teymurləng şairləri sevirdi, amma həmişə içində onlarla məzələnmək, ələ salmaq ehtiyacı da hiss edirdi. İnsan Allahı da güc kimi qəbul edir, ona sığınır. Dərəcəsindən artıq humanist bir Allah da bu qədər fanat toplaya bilməzdi öz yoxluğunun ətrafına. Demək istədiyim odur ki, incəsənətin özü də gücə məğlubiyyət hissindən yaranıb. Bu gücün ilahi və insani olmasından asılı olmayaraq.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Eldar Zeynalov: “Azərbaycana yeni həbslər və siyasi məhbuslar heç bir halda lazım deyil”

%d bloqqer bunu bəyənir: