Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bərdədə təmizlik rəzaləti – BU FOTOLAR HAMINI ŞOKA SALACAQ!

24saat.org saytının elektron poçtuna Bərdə rayonunda baş alıb gedən özbaşınalıqları əks etdirən görüntülər daxil olub. Fotoları yollayan şəxs iddia edir ki, Bərdədə şəhərin abadlığı üçün çalışdırılan işçilərin təhlükəsizliyi və sağlamlığı rayon rəhbərliyinin vecinə deyil. Fotolardan da aydın göründüyü kimi vahid uniforması belə olmayan abadlaşdırma işçiləri rayonun toz-torpağından qorunmaq üçün şəxsi təşəbbüsləri ilə müxtəlif vasitələrdən istifadə edirlər. Xatırladaq ki, rayon büdcəsindən hər il bu kimi ləvazimat və vahid uniformaların alınması üçün kifayət qədər böyük məbləğdə pulların silindiyi də bizə göndərilən məlumatlar arasındadır.

Bütün bunlardan əlavə, azyaşlı uşaqların da əməyinin istismar edilərək “təmizləndirilən” rayonda işçilərin təhlükəsizliyi demək olar ki, yox həddindədir.

24saat.org mövzunu uzatmadan, yəni icra başçısı Vidadi İsayevin dəyəri yüzminlərlə ölçülən malikanələrini mövzuya alət etmədən daxil olan fotoları təqdim edir:

berde_usaq

Bərdənin təmizlik işləri ilə məşğul olan uşaq

 

berde_usaq2

Bu uşağın 18 yaşının tamam olmadığı iddia olunur

berde_temizlik_qadin

Bu qadın isə yığdığı zibilləri atır

berde_temizlik_qadin2

Heç bir əndazəyə sığmayan və təhlükəsizlik tədbirləri alınmadan yol verilən VİCDANSIZLIQ!

berde_temizlik3

Bərdədə təmizlik işçiləri

berde_5

Bərdənin toz-torpağını təmizləyən qadın

 

vidadi-basci

Bu şəxs isə Bərdənin bütün problemlərindən sorumlu İsayev Vidadi İsa oğludur

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yaponiya səfirliyi Ağcabədidə də TUALET tikəcək – FAKT

%d bloqqer bunu bəyənir: