Loading...
Loading...

“Bəli, Tofiq Qasimovdur” – Azərbaycanın sabiq nazirinin 24 il sonra fotosu yayıldı

Azərbaycanın sabiq xarici işlər naziri, milli azadlıq hərəkatının tanınmış simalarından olan Tofiq Qasımovun sosial şəbəkədə fotosu yayılıb.

24saat.org Musavat.com-a istinadən xəbər evrir ki, Xəyyam Qəhrəmalı adlı  “facebook” istifadəçisi sabiq nazirin fotosunu paylaşıb: “Bəli, Tofiq Qasimovdur! Müstəqil Azərbaycanin qurucularındadır. Hərdən rastlaşırıq, arada bir yaxınlaşıb salamlaşıram. Dəyərini bilmədik, qürbət eldə bax beləcə qocalır, yaddan cıxır bu dəyərli insan!”.

Xalq Cəbhəsi hakimiyyəti dövründə Azərbaycanın xarici işlər naziri olmuş Tofiq Qasımov ölkədən kənarda mühacir həyatı yaşayır. Onun haqqında ən son məlumat bundan ibarətdir ki, fizik alim Tofiq Qasımov Albert Eyneşteynin nisbilik nəzəriyyəsində olan boşluqların aradan qaldırılması kimi çox ciddi elmi işlərlə məşğuldur.

T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının  sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub. AXC İdarə Heyətinin üzvü olan T.Qasımov 1992-ci il Azərbaycanın xarici işlər naziri postuna təyin edilmişdi.

Əslən Ağdaşın Ləki kəndindən olan T.Qasımov Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyası Fizika-Texnika İnstitutunun (Sankt-Perterburq) aspiranturasını bitirib.

Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi olan 1990-cı ildə Azərbaycan parlamentinin deputatı seçilib. 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.

Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib.

Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib və hazırda bu ölkədə yaşayır.

T.Qasımovun hazırda elmi işlərlə məşğul olduğu bildirilir. Sabiq nazir Azərbaycan mediası ilə təmas qurmaqdan yayınaraq, bir dəfə buna ehtiyac duymadığını vurğulayıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Loading...
%d bloqqer bunu bəyənir: