Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bələdiyyə sədrini və ərini öldürənin qardaşı ifadə verdi: ‘Hadisə pul və torpağa görə olub’

Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Əvvəlcə onu qeyd edək ki, bu işdə dövlət ittihamçısı dəyişib. Məhkəmə prosesinə prokuror Fərid Nağıyev təyinat alıb.

Məhkəmə prosesində ifadə verən ilk şahid dəhşətli qətlin törədildiyi mənzildə yanğın baş verdikdən sonra hadisə yerinə ilk gələn FHN əməkdaşlarından olan Anar Hüseynov olub.
O, ifadəsində bildirib ki, yanğınla bağlı məlumat aldıqdan sonra hadisə yerinə yollanıblar. 2 mərtəbəli evin birinci mərtəbəsində baş verən yanğını söndürdüklərini deyən Anar Hüseynov əlavə edib ki, yanğın zamanı birinci mərtəbədəki otaqlardan birində taxt yanıb. FHN əməkdaşı qeyd edib ki, yanğın söndürüldükdən sonra mənzildə heç kimin olmadığı məlum olub.

Şahid və zərərçəkmiş kimi ifadə verən Knyaz Yusifov təqsirləndirilən şəxsi tanıdığını, onunla qonşu olduğunu bildirib.

O, torpaq almaq məqsədi ilə Fədai Hüseynovun vasitəsi ilə mərhum bələdiyyə sədrinə pul verdiyini də deyib.

“Mən Fədai ilə eyni məhlədə oluram. Özüm eytiyatda olan zabitəm. Fədainin bələdiyyədə işlədiyini, torpaq satdığını da bilirdim. 2014-cü ildə 3 yerdə torpaq almaq üçün 18 min manat verdim. Pulu Vəsilə xanımın özünə vermişdim. Lakin torpağın sənədlərini vaxtında ala bilmədim. İndi də həmin torpaqlardan birinin sənədini ala bilməmişik. Torpaq sahələrini Vəsilənin göstərişi ilə Fədai özü mənə göstərib”- deyə K.Yusifov bildirib.

Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxsin qardaşları ifadə verib.

Fədai Hüseynovun qardaşı Hüseyn Hüseynov ifadəsinə hadisə baş verən gün Bakıda yox, Türkiyədə olduğunu deyib. O, bildirib ki, qardaşının saflığından istifadə edilib və iş bu yerə gəlib çatıb: “Qardaşımı bələdiyyədən uzaqlaşdırmaq, onu kiminsə əli ilə tutdurmaq istəyirdilər. Mən özüm də torpaq almaq üçün pul vermişəm. 10 min, 20 min və 64 min verib torpaq almışam. Pulu da Vəsilənin özünə verdim. Heç bir sənədlərini ala bilmirdim. Bələdiyyə torpaqları hərraca çıxarılmışdı. Mən də o zaman torpaq almışdım. 20 minə aldığım torpağa sənəd aldım. Ancaq digərlərinə ala bilmədim”.

Təqsirləndirilən şəxsin digər qardaşı Nur hüseynov da ifadaə verib.

O deyib ki, qardaşının yanında işləyib və torpaq almaq istəyən şəxsləri Fədai Hüseynova və Vəsilə Əbilhəsənovaya yönləndirib: “Hadisə günü Ağcabədidə idim. Mənə bu hadisə ilə bağlı zəng gəldi. Mən belə düşünürəm ki, hadisənin baş vermə səbəbi tərəflər arasında olan pul və torpaq məsələsi idi. Mən özüm onlarla işləyirdim. Torpaq almaq istəyəndə onlara yönləndirirdim”.

Qəsəbə sakini Vahid Əsgərov da məhkəmədə zərərçəkmiş kimi ifadə verib.

V,ƏSgərov Fədai Hüseynovun bələdiyyədə işlədiyini bildiyini və torpaq almaq üçün ona müraciət etdiyini deyib. Zərərçəkmiş şəxs torpaq almaq üçün 170 min manat ödədiyini, lakin bu arzusuna çata bilmədiyini bildirib: “3 hektar torpaq almaq üçün ümumilikdə 170 min manat verdim. Bu pulun bir hissəsini Vəsilə xanımın özünə vermişəm. Nə sənəd ala bildim, nə də torpaq. Mənə torpaq sahəsinin yerini şifahi olaraq Fədai göstərmişdi”.

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Xatırladaq ki, ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, oan çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.

Qeyd edək ki, qətli törədən 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.
Xatırladaq ki, əvvəlki məhkəmə prosesində qətlə yetirlən şəxslərin 10 yaşlı qızı Fidan da ifadə vermişdi. O dəhşətli qətlin şahidi olaraq bunları demişdi: “Fədai əmi otağa girdi. Anam dedi ki, uşağın yanında olmaz. Sonra mənə dedi ki, “Fidan, çıx çölə”. Mən otaqdan zala çıxanda gördüm, nənəm yıxılıb. Nənəmi qaldıranda Fədai əmi atama yaxınlaşdı, “qardaş” deyib sonra bıçağı atama vurdu. Mən otağa qaçdım, anama dedim ki, atamı bıçaqladılar. Həmin vaxt anam əlini boğazından çəkdi, yerə yıxıldı, hər yer qan idi”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabahın hava PROQNOZU

%d bloqqer bunu bəyənir: