Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

BƏƏ-nin dövlət naziri Azərbaycana gələcək

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin tolerantlıq üzrə dövlət naziri Şeyxə Lübnə Əl Qasimi ilə görüş keçirib.

Səfirlikdən AzNews.az-a verilən məlumata görə, görüşdə D.Şikarov, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktı, Dağlıq Qarabağ münaqişəsi, münaqişənin səbəbləri və nəticələri, həmçinin ermənilərin tarixin müxtəlif dövrlərində müsəlman olduqları üçün azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və bu soyqırımlarda nümayiş etdirilmiş amansızlıqlar haqqında geniş bilgilər verib, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyaya tolerant ölkə modeli kimi təqdim edildiyi və ölkəmizin tolerantlığa həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini bildirib.

Səfir BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun 2015-ci ilin aprelində ölkəmizə rəsmi səfərini və Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin 1-2 fevral tarixlərində BƏƏ-yə rəsmi səfərini xatırladaraq, hər iki səfərin uğurla keçdiyini və ikitərəfli əlaqələrin daha da sıxlaşmasına böyük töhfələr verdiyini qabardıb, ikitərəfli əlaqələrin inkişafı baxımından qarşılıqlı səfər mübadilələrinin əhəmiyyətini önə çəkib.

Dövlət naziri Şeyxə Lübnə Əl Qasimi Şeyx Məhəmməd bin Raşidin və Azərbaycan Prezidentinin rəsmi səfərlərinin uğurla keçdiklərini təsdiqləyərək, yüksək səviyyəli səfərlərin nisbətən aşağı səviyyədə səfər mübadilələri üçün yaxşı nümunə olduğunu söyləyib.

Xanım Şeyxə Lübna BƏƏ-nin xarici ticarət naziri vəzifəsini icra etdiyi zaman 2007-ci ildə Azərbaycana səfər etmiş ilk hökumət rəsmisi olduğunu qeyd edərək, paytaxt Bakının çox gözəl və səliqəli şəhər olduğunu, habelə milli meyvə-tərəvəz və ət məhsullarımızdan, xüsusən də zəngin mətbəximizin çeşidli təamlarından zövq aldığını bildirib. Dövlət naziri qoşunların təmas xəttində baş vermiş hadisələrdən narahatlığını ifadə edərək, problemin sülh və danışıqlar yolu ilə həllinin zəruriliyini bildirib.

Bunun müqabilində, səfir paytaxt Bakının və ümumiyyətlə ölkəmizin simasının son 10 il ərzində kəskin dəyişildiyini və daha da gözəlləşdiyini diqqətə çatdıraraq, respublikamızda görülən sosial-iqtisadi və tikinti-quruculuq işləri barəsində dolğun məlumatlar təqdim edib, Azərbaycanın Avropanın ən mötəbər musiqi yarışı olan “Avroviziya” mahni müsabiqəsinə, İlk Avropa Oyunlarına ev sahibliyi etdiyini, cari ilin iyun ayının 17-19-u tarixlərində və 2017-ci ildə müvafiq olaraq, Formula 1 Avropa Qran Prisinə və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirib.

Görüşdə D.Şikarov Şeyxə Lübnə Əl Qasimini Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Şeyxə Lübna tezliklə Azərbaycana səfər edəcəyini vurğulayıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sarkisyan bağırdı: “Azərbaycanlılar Qarabağı alacaqlar”

%d bloqqer bunu bəyənir: