Advertisements
24 saat

Bəxtiyar Hacıyevdən Gülənə dəstək – Açıqlama


Türkiyədə Gülən hərəkatına hökümətin “terror təşkilatı” deməsi anlaşılandır, aralarında siyasi soyuqluq, mübarizə var.

 

Azərbaycanın təhsilinə bu qədər dəstək vermiş, Azərbaycana yaxşılıqdan başqa heç nə etməyən, pisliyi dəyməmiş bir hərəkatın liderindən müsahibəyə görə “terrorizmə dəstək” adı ilə telekanala cinayət işi açmaq nə deməkdir?”

24saat.org-un məlumatına görə, bu fikirləri keçmiş siyasi məhbus, ictimai fəal Bəxtiyar Hacıyev açıqlayıb.

Onun sözlərinə görə, bunu edənlərin Heydər Əliyevin uzaqgörənliyinə şübhəsi var, yoxsa, böyük dövlət adamına xəyanət edirlər: “Bu hərəkat məhz Heydər Əliyevin xeyir-duası ilə Naxçıvandan başlayaraq dünyaya yayılıb və xeyli xeyirli işlər görüblər, bu gün də bəlkə də görülən xeyirli, savab işlərin savablarının bir hissəsində onun da payı var.

Siz də bu gün götürüb onun xoş sözlər dediyi şəxsdən müsahibə aldığına görə Baş Prokurorluqda cinayət işi açırsınız. Siz əlində bıçaqla baş kəsən İŞİD-ə də terror təşkilatı deyirsiniz, əlində təbaşir dərs keçən müəllimlərə də”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: