Advertisements
24 saat

Bəxtiyar Hacıyev saxlanılıb


Onun zorla polis bölməsinə aparıldığı bildirilib.

Harvard məzunu, siyasi fəal Bəxtiyar Hacıyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Yasamal rayonu 27-ci polis bölməsindədir.

Bu barədə B.Hacıyev yaxın dostlarına telefonla məlumat verib. Onun zorla polis bölməsinə aparıldığı bildirilib. Ancaq saxlanılmasının motivi bilinmir.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə eşitmədiyini, nahardan sonra maraqlanacağını deyib.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanılıb və 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

O, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan olunub.

B.Hacıyev 4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. //meydan.tv

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: