Bəşər Əsədin həyat yoldaşı Suriyanı tərk etməkdən imtina edib


Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd ölkəni tərk etmək barədə təklifdən imtina edib.

Əsma Əsəd bu barədə “Rusiya-24” telekanalına müsahibəsində deyib.

“Mən həmişə burada (Suriyada) olmuşam və heç vaxt digər yerə köçmək barədə fikirləşməmişəm. Bəli, mənə Suriyanı tərk etmək, daha dəqiq desək, Suriyadan qaçmaq barədə təklif gəlib. Bu təkliflərə mənim və uşaqlarımın müdafiəsi və maliyyə təhlükəsizliyi daxil idi. Lakin bu insanların əsl məqsədini anlamaq üçün dahi olmaq lazım deyil. Onları heç vaxt mənim və uşaqlarımın rifahı maraqlandırmayıb. Bu suriyalıların prezidentə olan inamını sındırmaq üçün atılan bir addım idi”, – o deyib.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Belçikada silahlı şəxs 15 nəfəri girov götürdü

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: