Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
haciyev.jpg

AzTV-nin Kiyevdəki əməkdaşını oğurlamaq istəyiblər – ŞOK

Ukraynada yaşayan Azərbaycanlılar böyük təşviş içindədir. Səbəb isə oradakı soydaşlarımıza qarşı törədilən adam oğurluğu faktının intensivləşməsidir.

Bununla bağlı Moderator.az-da ötən gün AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarının oğurlanması barədə analitik yazı yayımlanmışdı.

Moderator.az-a bu gün Kiyevdəki mənbədən verilən məlumata görə, Mövsüm Aslanovun oğurlanmış qohumları azad olunduqdan sonra hadisənin təfərrüatları aydın olub. Məlum olub ki, həmin şəxslər əslində M.Aslanovun özünü oğurlamaq istəyirlərmiş. Bir neçə cəhddən sonra onun özünü oğurlamaq mümkün olmadığı üçün qohumlaırını – şəriklərini oğurlayıblar.

Bu hadisədən sonra M.Aslanov diaspor təşkilatlarındakı dostları vasitəsi ilə oradakı azərbaycanlılardan dəstək istəyib, Azərbaycan mətbuatındakı dostlarının iştirakı ilə bu faktları qabardıb. Daha sonra Ukrayna Daxili İşlər Nazirliyi qarşısında aksiya təşkil olunub. Aksiya iştirakçıları Ukrayna hökumətindən Azərbaycanlılara qarşı törədilən bu halların aradan qaldırılmasını tələb ediblər. Keçirilmiş aksiyadan sonra M.Aslanovun qohumları girovluqdan azad olunub.

Qeyd edək ki, Mövsüm Aslanovun qohumlarının oğurlanmasından sonra Ukraynadakı azərbaycanlılara qarşı törədilən oğurluq ciddi rezonans doğurub.

Xatırladaq ki, Ukraynada bir müddət əvvəl əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də oğurlanmışdı. Məsələ qabardılandan sonra 39 yaşlı iş adamı Elvar İskəndərovla bərabər Sakit Hacıyevi də sərbəst buraxıblar. E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ABŞ Suriyadakı əməliyyatlarda Rusiya ilə bütün əlaqələri kəsdi – GƏRGİNLİK

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: